Peşəkar Inkişaf Proqramı (Biznes-kouçinq)
Peşəkar Inkişaf Proqramı (Biznes-kouçinq) şirkətin aparıcı əməkdaşlarına öz peşəkar məqsədlərinə nail olmalarına yardım etmək məqsədi ilə onlarla fərdi iş vasitəsilə şirkətlərin gəlirliliklərinin və məhsuldarlıqlarının artırılması sahəsində ixtisaslaşmışdır.
İstər satışların artması, xərclərin azalması, daha effektli idarəetmə sisteminin tətbiqi və ya istənilən digər əhəmiyyətli peşəkar məqsədin həyata keçirilməsi olsun, onun əldə edilməsi bütövlükdə müəssisənin gəlirinin və iqtisadi göstəricilərinin artırılmasına gətirib çıxarır.
Bu gün Peşəkar Inkişaf Proqramında iştirak edən şirkətlərin sayı artmaqdadır. Bu şirkətlər biznesin tikinti, maliyyə və audit, xidmət və sairə kimi müxtəlif sahələrini təmsil edir. Nə vaxtsa CBSolutions-in müştərisi olan şirkətlərin əksəriyyəti öz gəlirliliklərini və rəqibləri üzərində üstünlüklərini artıraraq, bu gün də bizimlə çalışırlar.
Peşəkar Inkişaf Proqramı idarəetmə sahəsində 15 ildən arıq təcrübəyə malik sertifikatlaşdrılmış kouç tərəfindən aparılır. Proqram üç dildə (azərbaycan, rus və ingilis) fərdi şəkildə keçirilir. Proqramın formatı müştərini öz əsas vəzifələrindən ayırmağın minimum dərəcəsini (həftədə bir dəfə 60-90 dəqiqəlik görüş) nəzərdə tutur.
Siz, qarşınızda olan konkret məqsədlərdən asılı olaraq, Peşəkar Inkişaf Proqramının aşağıda göstərilən məhsullarından birini seçə bilərsiniz (proqram həmin məhsullarla məhdudlaşmır və Sizin sorğunuza müvafiq olaraq uyğunlaşdırıla bilər).
Qızıl Dəqiqələr (zamanın effekli şəkildə idarə edilməsi)
Pareto prinsipinə uyğun olaraq, uğurumuzun təqribən 80%-ı bizim tərəfimizdən həyata keçirilən bütün işlərin yalnız 20%-ı ilə bağlıdır. İşlərimizin qalan hissəsinin nəyə yönəldiyi və zamanımızın çox hissəsinin nəyə sərf olunduğu yalnız təxmin edilə bilər. “Qızıl Dəqiqələr” proqramı vacib məqsədlərinizə nail olmaqda maksimum nəticənin əldə edilməsi üçün zamanınızın təşkil edilməsi və optimallaşdırılmasında Sizə kömək edir. Bundan başqa proqram yaxınlarınıza və sevimli məşğuliyyətlərinizə ayırdığınız vaxtı artırır.Bacarıqlı Menecer (peşəkar menecer bacarıqlarının əldə edilməsi)
Yenidən təyin edilmiş menecer tez-tez mahiyyəti aşağıdakılardan ibarət olan dilemma qarşısında qalır: əməkdaşın texniki aspektlərdə əldə etdiyi nailiyyətlər onun komandanı və biznes proseslərini effektli şəkildə idarə etmək bacaracağını bildirmir. Əgər səylərinə və yüksək texniki göstəricilərinə görə əməkdaşı daha yüksəkvəzifəyə keçirmişlərsə, lakin idarə etmək onun üçün çətindirsə, nə etməli? “Bacarıqlı Menecer” proqramı menecerə prioritetlərin müəyyənləşdirilməsi, insanların idarə edilməsi, vəzifələrin bölüşdürülməsi və gözlənilən nəticələrin əldə edilməsi sahəsində əməli dəstək verir. Proqram həm yeni başlayanlar, həm də öz idarəetmə bacarıqlarını yeni səviyyəyə qaldırmaq arzusunda olan təcrübəli menecerlər üçün nəzərdə tutulmuşdur.Satışların artırılması (satışların həcminin genişləndirilməsi və əlavə vəsaitlərin cəlb edilməsi)
Aparılmış tədqiqatlara əsasən kifayət qədər satışların həyata keçirilməməsi şirkət üçün riskin ən əhəmiyyətli amillərindən biridir və şirkətin uğur qazanması bir çox hallarda onun satış şöbəsinin məhsul və xidmətlərin satışının effektli şəkildə həyata keçirməsi bacarığı ilə müəyyən edilir. Ənənəvi təlim proqramlarının hər zaman kömək etmədiyi heç də təəccüb doğurmur, çünki hər bir şirkət unikaldır və fərdi xüsusiyyətlərinə malikdir. “Satışların artırılması” proqramı konkret halda sizin üçün ən optimal və effektli olan fərdi strategiyanızı və satış sisteminizi işləyib hazırlamağa yardım edəcəkdir. Proqram həmçinin təklif etdiyiniz mal və xidmətlərə müxtəlif rakurslardan baxmağa və müştərinin təlabatının ödənməsi sahəsindəki bacarıqlarınızı yaxşılaşdırmağa kömək edəcəkdir. Səmərəlilik Standartlarının yüksəldilməsi (biznes proseslərinin optimallaşdırılması və biznesin yeni standartlarının tətbiqi)
Müasir biznesin çox sürətli rəqabətli mübarizəsində biznesin aparılması standartlarının yüksəldilməsi və daimi özünü təkmillləşdirmə şirkətlər üçün həyati zərurətdir. İnnovativ biznes proseslərin tətbiqi, bu sahədə sertifikatlaşma, keyfiyyət standartlarının daxil edilməsi və digər yeniliklər artıq proqressiv şirkətlər üçün normaya çevrilmişdir. Eyni zamanda da top-menecerlərin işləri həddən artıq çox olduğundan hər zaman bu aspektə lazımi diqqət yetirmək üçün vaxt çatmır.“Səmərəlilik Standartlarının yüksəldilməsi”proqramı sizin şirkətin bazarda rəqabətli üstünlük qazanmasına imkan verən yeni prosesləri və standartları planlaşdırmağa, işləyib hazırlamağa və tətbiq etməyə kömək edəcəkdir. Kouçinq metodologiyası
Kouçinq bir şəxsə və ya şəxslər qrupuna onların tam potensiallarının reallaşdırılması, ən optimal yolla məqsəd və vəzifələrinin müəyyənləşdirilməsi və əldə edilməsində onlara təqdim edilən dəstək prosesidir.
Kouçinq nəzəriyyəsi insanın çox şeyə qadir olmasını bildirir, və onun bir çox problemlərinin həllinin insanın özünün düşüncəsində olduğunu nəzərdə tutur. Peşəkar kouç onları aşkara çıxarmağa, müsbət enerjiyə çevirməyə və onu konkret problemin həllinə yönəltməyə kömək edir. Təlimçi şəxsə nə etmək lazım olduğunu söyləmir, ancaq özünün şəxsi qərarlarını işləyib hazırlamağa və tətbiq etməyə kömək edir.
Kouçinq prosesində kouç və müştəri arasında peşəkar münasibətlər yaranır ki, bu münasibətlərin də çərçivəsində kouç müştəriyə problemlərə müxtəlif rakurslardan baxmağa, öz konkret məqsədini formalaşdırmağa,fəaliyyət planını işləyib hazırlamağa və planın həyata keçirilməsi üçün elə indi fəaliyyətə başlamağa kömək edir.Kouçinq öz səmərəliliyi və sehirli gücü hesabına müştəriyə nisbətən qısa müddət ərzində əla nəticələr əldə etməyə kömək edir. Çox vaxt bu müştərinin uzun müddət arzuladığı nəticələrin əldə olunmasına gətirib çıxarır.
Peşəkar Səmərəliliyin Yüksəldilməsi Proqramı (biznes- kouçinq) yüksək və orta səviyyəli menecerlər (direktorlar, departamentlərin rəhbərləri, təşkilatın aparıcı əməkdaşları) üçün fərdi kouçinq proqramlarının təqdim edilməsinə yönəlmişdir.
Proqram dörd mərhələdən ibarətdir:1)müştərinin məqsəd və vəzifələrinin müəyyənləşdirilməsi; 2) məqsədlərə nail olmaq sahəsində problemlərin və real şərtlərin təhlili; 3) fəaliyyət planının işlənib hazırlanması; 4) işlənib hazırlanmış planın həyata keçirilməsi prosesi(bu mərhələ həmçinin “iradə mərhələsi” adlanır).Planın həyata keçirilməsi prosesi əldə edilmiş uğurun intensiv təhlili və ehtiyac yarandığı təqdirdə zəruri əlavələrin daxil edilməsi ilə müşayiət edilir.
Proqramın formatı: həftədə bir görüş (hər bir görüşün davan etmə müddəti- 60-90 dəqiqə). Proqramın tövsiyyə edilən minimum davam etmə müddəti – üç aydır.